Gələn həftə Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək

Gələn həftə Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək
# 20 aprel 2012 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 24-də Rusiyanın Kurqan vilayətinin qubernatoru və iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Azpromonun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya işgüzar görüşünün keçirilməsi nəzərdə tutulub.

Tədbirdə metal konstruksiyaları, nasos avadanlığı, boru kəmərləri üçün armatura, yol tikintisi və kommunal texnikası, yanğınsöndürən texnika, orta və kiçik tutumlu avtobuslar istehsal edən şirkətlərin, İlizarov adına Travmatoloji Mərkəzin və Kurqanın digər müəssisələrinin nümayəndələri iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR