Azərbaycanda “Eurovision-2012” ilə əlaqədar dərslərin vaxtından əvvəl bitəcəyi barədə məlumatlara rəsmi münasibət bildirilib

Azərbaycanda “Eurovision-2012” ilə əlaqədar dərslərin vaxtından əvvəl bitəcəyi barədə məlumatlara rəsmi münasibət bildirilib
# 28 fevral 2012 15:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar məktəblərdə dərslər vaxtından əvvəl dayandırılmayacaq. Bu barədə APA-ya Təhsil Nazirlinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə müsabiqə ilə əlaqədar məktəblərdə dərslərin may ayının 1-dək yekunlaşacağı barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib. O, dərslərin təxirə salınacağı ilə bağlı deyilənləri şayiə adlandırıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı da APA-ya bildirib ki, bu il “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsinin paytaxt məktəblərində dərs prosesinə heç bir təsir göstərməyəcəyini deyib. Z. Əliqızı bildirib ki, müsabiqə axşam saatlarında keçiriləcəyindən dərslərin təxirə salınmasına ehtiyac yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR