Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Minsk qrupunun vasitəçiliyindən imtinanın əleyhinədir

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Minsk qrupunun vasitəçiliyindən imtinanın əleyhinədir
# 03 mart 2012 09:47 (UTC +04:00)
Düzdür, həmsədrlərin münaqişənin nizama salınmasında konkret nəticələr əldə edə bilməməsi Azərbaycanı da çox narahat edir. Biz bununla bağlı həmişə mövqeyimizi bildiririk. Azərbaycanda, eləcə də digər ölkələrdə həmsədrlərin dəyişdirilməsi ilə bağlı formalaşdırılan fikirlər isə yalnız mülahizədir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul olunduğunu, lakin Fransa Konstitusiya Şurasının bunu ləğv etdiyini xatırladan şöbə müdiri bunları deyib: “Biz hər hansı hadisə baş verən kimi tələsik addım atmamalıyıq. Beynəlxalq münasibətlərdə müxtəlif vəziyyətlər yaranır, Azərbaycanın nümayiş etdirdiyi mövqeyi göstərdi ki, biz düz yoldayıq”.

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinə münasibət bildirən N. Məmmədovun fikrincə, vasitəçilər Ermənistanı konstruktiv mövqe tutmağa vadar etmək üçün digər yollar axtarmalıdırlar: “Məsələ ondadır ki, Ermənistan Kazan görüşündə münaqişənin davamlı həllində maraqlı olmadığını bir daha nümayiş etdirdi. Ermənistan bu prosesi uzatmaq istəyir, buna görə də ATƏT-in Minsk qrupu həmsədrlərinin irəli sürdüyü təkliflər özünü doğrultmur. Düşünürəm ki, həmsədrlər regiona səfərləri zamanı Azərbaycan prezidenti ilə görüşdə bu məsələ ilə bağlı mövqelərini bildirdikdən sonra proseslərin hansı istiqamətdə getdiyini öyrənə biləcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR