Məhkəmə Nigar Yaqublunun apellyasiya şikayətini təmin etməyib

Məhkəmə Nigar Yaqublunun apellyasiya şikayətini təmin etməyib
# 27 sentyabr 2012 15:05 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Vəkil Nemət Kərimli məhkəmənin apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul etdiyini deyib.

Qeyd edək ki, N. Yaqublu barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəsatətlə Abşeron rayon Məhkəməsinə müraciət olunub. Lakin məhkəmə vəsatəti təmin etməyib.

N. Yaqublu sentyabrın 11-də tutulub. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Həbs Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR