Qadın otüstü hokkey yığmamız Olimpiadaya lisenziya turnirində ikinci qələbə qazanıblar

Qadın otüstü hokkey yığmamız Olimpiadaya lisenziya turnirində ikinci qələbə qazanıblar
# 28 aprel 2012 09:01 (UTC +04:00)
Bakı-APA. Qadın otüstü hokkeyçilər arasında Yaponiyanın Kakamigahara şəhərində London Yay Olimpiya Oyunlarının təsnifat yarışında II turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının Belarus yığmasına qalib gəlib. Həmin gün Yaponiya Malayziyanı, Avstriya Çilini sınağa çəkib.

Ev sahibləri Adil Paşayevin yetirmələri kimi ikinci maçlarını da qələbə ilə başa vurublar. Onlar malayziyalıları 8:0 hesabı ilə məğlub ediblər. Avstriya və Çili hokkeyçilərinin mübarizəsindən isə ikincilər qalib ayrılıblar – 3:0.

2 turdan sonra Azərbaycan və Yaponiya yığmalarının aktivində 6 xal var. Lakin asiyalılar təmsilçimizi top fərqində qabaqlayırlar. Çili və Belarus komandaları 3 xala sahibdir, Avstriya və Malayziyanın aktivində isə xal yoxdur.

Yaponiya

2

2

0

0

15-0

6

Azərbaycan

2

2

0

0

7-0

6

Çili

2

1

0

1

4-3

3

Belarus

2

1

0

1

3-4

3

Avstriya

2

0

0

2

0-10

0

Malayziya

2

0

0

2

0-12

0



Qeyd edək ki, hokkeyçilərimiz III turda avstriyalılarla oynayacaq. Bu görüş aprelin 29-da Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR