Türkiyənin Azərbaycandakı səfirliyi Myanmada yaşayan müsəlmanlara yardım kampaniyasına başlayıb

Türkiyənin Azərbaycandakı səfirliyi Myanmada yaşayan müsəlmanlara yardım kampaniyasına başlayıb
# 10 avqust 2012 08:12 (UTC +04:00)
Bu barədə APA Türkiyə mətbuatına istinadən məlumat verib.

Bununla əlaqədar olaraq, avqustun 12-də Türkiyənin Azərbaycandakı səfirliyində yardım kampaniyasına start veriləcək.

Səfir Hulusi Kılıç deyib ki, Türkiyə dünyanın harasında olmasından asılı olmayaraq çətin duruma düşən insanlara yardım əli uzadır. Səfir Azərbaycanda başlayacaqları bu kampaniyanın Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın başladığı kampaniyanın davamı olduğunu deyib.

Türkiyə səfirliyində yardım kampaniyası sentyabrın 1-dək davam edəcək.

Yardım kampaniyasına türk iş adamları ilə yanaşı sadə vətəndaşlar da qatıla biləcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR