SAM-ın direktoru Rusiya və Türkiyədə keçirilən tədbirlərə qatılacaq
11 oktyabr 2012 08:46 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov 11-13 oktyabr tarixlərində Rusiyanın Azərbaycan Gənclər Təşkilatının təşkil etdiyi Rusiya – Azərbaycan Gənclərinin Forumunda iştirak etmək üçün Moskva şəhərinə səfər edib. SAM-dan APA-ya verilən məlumata görə, daha sonra Fərhad Məmmədov Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyi (TÜRKPA) tərəfindən 14-16 oktyabr 2012-ci il tarixində müxtəlif ölkələrdən olan gənc liderlərin iştirakı ilə “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu” mövzusunda Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Beynəlxalq Forumda iştirak və çıxış etmək üçün Türkiyəyə yola düşəcək.
Forumun təşkilinin məqsədi regionda və Avrasiya məkanında sülh və sabitliyin əldə olunmasında əsas vasitəçilərdən olan gənc liderlərin konstruktiv dialoqunu yaratmaq üçün onları bir araya toplamaqdır.
Forumun təşkilinin məqsədi regionda və Avrasiya məkanında sülh və sabitliyin əldə olunmasında əsas vasitəçilərdən olan gənc liderlərin konstruktiv dialoqunu yaratmaq üçün onları bir araya toplamaqdır.
Xarici siyasət
Milli Məclis Lüksemburq Deputatlar Palatasının sədrinin Azərbaycan-Ermənistan sülh prosesini əngəlləməyə çalışdığını bəyan edib
17:13
22 may 2024
Baş nazir Əli Əsədov Tehrandadır, anım mərasimində iştirak edib - FOTO - VİDEO - YENİLƏNİB-1
17:10
22 may 2024
Armen Qriqoryan: Azərbaycanla sülh Ermənistan üçün prioritetdir
15:57
22 may 2024
YAP Fransanın Yeni Kaledoniya ilə bağlı ittihamlarına cavab verib
15:24
22 may 2024