“Nizami” Kino Mərkəzində Kino gününə həsr olunmuş bədii gecə keçiriləcək

“Nizami” Kino Mərkəzində Kino gününə həsr olunmuş bədii gecə keçiriləcək
# 26 iyul 2012 12:30 (UTC +04:00)
Həmin gün “Dolu” bədii filminə ilkin baxış olacaq

Bakı. Ülkər Rəşidqızı – APA. Avqustun 2-də “Nizami” Kino Mərkəzində Kino gününə həsr olunmuş bədii gecə keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqramda təbriklər və təltiflərlə yanaşı dövlət sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Dolu" bədii filminə ilkin baxış yer alıb. Qarabağ müharibəsi mövzusunda çəkilmiş filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR