Oqtay Əsədov Albaniyanın baş naziri ilə görüşüb - FOTO

Oqtay Əsədov Albaniyanın baş naziri ilə görüşüb - <font color=red>FOTO</font>
# 09 fevral 2012 16:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin sədri Oqtay Əsədov Albaniyanın baş naziri Sali Berişanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın MM-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, O. Əsədov Azərbaycanın Albaniya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib. O bildirib ki, dövlətlərarası münasibətlərin dərinləşməsində parlamentlər mühüm rol oynayır: “Bu sahədə faydalı əməkdaşlıq üçün potensial imkanlar mövcuddur”.

O. Əsədov qeyd edib ki, dinamik inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı problemi var: “Beynəlxalq təşkilatların münaqişə ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Bu məsələdə Albaniyanın Azərbaycanın mövqeyini gələcəkdə də dəstəkləməsinə ümid edirik. İnanırıq ki, beynəlxalq birliyin səyi nəticəsində münaqişə tezliklə aradan qalxacaq”.

Sali Berişa Albaniyanın baş naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini deyib. O, ölkəsinin Azərbaycanla bərpa olunan enerji mənbələrinin istismarı, neft-qaz sənayesi, turizm sahələrində əməkdaşlığa böyük maraq göstərdiyini söyləyib. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR