Azərbaycanın nəqliyyat sektorunda yük və sərnişin daşınması tarifləri yanvarda ucuzlaşıb
14 fevral 2012 09:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,4%, sərnişindaşıma tarifləri isə 6,4% aşağı düşüb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi tranzit yüklərin daşınması üzrə 10,8% bahalaşıb, yerli əlaqə üzrə 5,4%, ixrac üzrə 2,6%, idxal üzrə isə 0,3% ucuzlaşıb: «Dəmir yolu vasitəsilə sərnişindaşıma tariflərində beynəlxalq əlaqədə 1,1% bahalaşma müşahidə olunub».
Dəniz nəqliyyatı vasitəsilə uzaq xaric ölkələrinə 1 ton yükün daşınma tarifi 5,1% ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifləri 0,5%, sərnişindaşıma tarifləri 12,8%, uzaq xaric ölkələrə sərnişindaşıma tarifləri 21,4%, yerli əlaqə üzrə isə 13,4% aşağı düşüb.
Boru kəməri vasitəsilə qazın nəql olunma tarifləri 2,5% bahalaşıb, neftin nəql olunma tarifləri isə 4% ucuzlaşıb.
Avtomobil nəqliyyatı üzrə yükdaşıma tarifləri əvvəlki ayla müqayisədə 0,1% artıb.

İnfrastruktur
ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
17:03
10 may 2024
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
16:48
10 may 2024
AZAL-ın kollektivi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTO
14:49
10 may 2024
Səfir: Türkiyə şirkətləri bundan sonra da Qarabağda quruculuq işlərində fəal iştirak edəcək
12:34
10 may 2024