Hadı Rəcəbli: “Asudə vaxtın təmin olunmasına daha çox diqqət artırılsa, gənclər arasında cinayət hallarının sayı azalar”

Hadı Rəcəbli: “Asudə vaxtın təmin olunmasına daha çox diqqət artırılsa, gənclər arasında cinayət hallarının sayı azalar”
# 15 fevral 2012 11:05 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin Sosial-siyasət Komitəsinin sədri Hadi Rəcəbli bildirib. Gənclərin daha çox cinayət törətməsi ilə bağlı məsələyə toxunan deputat deyib ki, gənclərin cəmiyyətdə asudə vaxtının təşkili, onların zərərli vərdişlərdən uzaq olması üçün müvafiq işlərin sayı və istiqamətləri artırılmalıdır: “Əgər işlər yaxşı aparılarsa, əlbəttə, biz gənclər arasında cinayət faktlarının azalmasına nail ola bilərik. İndi cinayət törədənlərin böyük əksəriyyəti gənclərdir. Bu təbəqənin işlə təmin olunması, gənclər arasında proforentasiyanın həyata keçirilməsi üçün QHT və bələdiyyələrin də fəaliyyəti genişləndirilməlidir”.
Gənclər və İdman Nazirliyinin bu istiqamətdə müvafiq işlər gördüyünü də deyən H. Rəcəbli əlavə edib ki, nə qədər cəmiyyət varsa, həmin cəmiyyətdə pozitivlə yanaşı neqativləri də olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR