Goranboyda avtomobil elektrovoza çırpılıb, 3 nəfər xəsarət alıb

Goranboyda avtomobil elektrovoza çırpılıb, 3 nəfər xəsarət alıb
# 21 fevral 2012 09:39 (UTC +04:00)
Bakı-APA. Goranboy rayonu ərazisində avtomobil elektrovozla toqquşub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 19-da saat 14.35 radələrində qeydə alınıb. Goranboy rayonu ərazisində rayon sakini Mustafa Alıyev "Ford" markalı avtomaşını idarə edərkən onu elektrovoza vurub. Xəsarət alan M. Alıyev və sərnişinləri - həyat yoldaşı Südabə və Ceyhun Cəfərli xəstəxanaya yerləşdiriliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR