Xəzərin Azərbaycan sektorunda itkin düşən balıqçıların adları açıqlanıb

Xəzərin Azərbaycan sektorunda itkin düşən balıqçıların adları açıqlanıb
# 23 fevral 2012 09:03 (UTC +04:00)
APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakının Xəzər rayonunun Pirallahı qəsəbəsi ərazisindən qəsəbə sakinləri Məhərrəm Nəsirov, Viktor Turin və Aleksandr Rıbaçok motorlu qayıqla dənizə çıxıb və geri qayıtmayıblar. Balıqçıların axtarışlarına Nəqliyyatda Baş Polis İdarəsi də qoşulub.

Qeyd edək ki, fevralın 21-də saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu iki mühərrikli qayıq geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb, FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri qayığın axtarışının aparılması üçün havaya qalxıb, Dövlət Sularda Xilasetmə Xidməti sahil boyu axtarış və müşahidə aparıb. Görülmüş tədbirlər nəticəsində Pirallahı adasından 30 km şimala doğru dənizdə çevrilmiş qayıq aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR