Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hisə verilmiş balıqları yoxlayacaq

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hisə verilmiş balıqları yoxlayacaq
# 13 mart 2012 09:09 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda hisə verilmiş balıqları yoxlayacaq. RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayevin APA-ya verdiyi məlumata görə, gələn ay aparılacaq monitorinq istehsalat sahələrində və ticarət mərkəzlərində həyata keçiriləcək. Hisə verilmiş balıqlardan nümunələr götürüləcək və onların təhlükəsizlik göstəriciləri yoxlanılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR