Göyçaydan hərbi hissələrə bayram sovqatı aparılıb

Göyçaydan hərbi hissələrə bayram sovqatı aparılıb
# 19 mart 2012 23:25 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçaydan hərbi hissələrə bayram sovqatı aparılıb. APA-nın məlumatına görə “AzNar” şirkəti Novruz bayramını əsgərlərlə birgə qeyd edib. İstehsal müəssisəsinin rəhbər şəxsləri Bərdə, Beyləqan və Şəmkir rayonlarında yerləşən “N” saylı hərbi hissələrdə əsgərlərimizlə görüşüb, onları bayram münasibətilə təbrik ediblər. Sonra zavodda istehsal olunan 10 min 500 ədəd bir litrlik, 44 min ədəd 250 qramlıq qablarda nar və alma şirələri, 15 ədəd qoyun, bayram süfrəsinin açılması üçün çəkisi ümumilikdə 1500 kiloqram olan meyvə, düyü, kərə yağı, şabalıd, kişmiş, qaysı, şəkərbura və paxlava hərbi hissələrə verilib.
Qeyd edək ki, ötən il Novruz bayramı ərəfəsində istehsal müəssisəsi öz məhsullarını Göygöl, Gəncə və Balakəndəki hərbi hissələrə göndərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR