Yaponiya fevral ayında İrandan neft idxalını 23 % azaldıb

Yaponiya fevral ayında İrandan neft idxalını 23 % azaldıb
# 02 aprel 2012 15:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Yaponiya fevral ayında İrandan hər gün 267 min barel xam neft idxal edib. APA-nın məlumatına görə, bu barədə Yaponiya Maliyyə Nazirliyi açıqlama verib.

Bildirilib ki, 2012-ci il yanvar ayı ilə müqayisədə Yaponiya İrandan neft idxalını fevralda 23 % azaldıb. Belə ki, yanvar ayında hər gün 344 min barel neft idxal edilib.

Qeyd edək ki, ABŞ İrandan neft idxal edən ölkələrə qarşı sanksiyalardan Yaponiya da daxil olmaqla 10 Avropa ölkəsini 6 ay müddətinə azad edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR