Kür və Araz çaylarının çirklənmə vəziyyətinin öyrənilməsi məqsədilə keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

Kür və Araz çaylarının çirklənmə vəziyyətinin öyrənilməsi məqsədilə keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb
# 22 may 2012 08:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayının II ongünlüyü üçün keçirdiyi monitorinqlərin nəticələrini açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 29 kubmetr/saniyə artaraq 495 kubmetr/saniyə təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib. Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri normadan 4 dəfə çox olub. Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar 3, mis birləşmələri isə 4 dəfə yol verilən həddi keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR