Şəkidə oğruluqla məşğul olan şəxs həbs edilib

Şəkidə oğruluqla məşğul olan şəxs həbs edilib
# 26 may 2012 08:20 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda oğruluqla məşğul olan şəxs həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər-rayon Polis Şöbəsinin (ŞRPŞ) əməliyyat işləri üzrə rəis müavini Şaiq Əliyev məlumat verib. Ş. Əliyevin sözlərinə görə, cari ilin aprel ayında rayonun Böyük Dəhnə kənd sakini Seymur Lütfəliyev evinin qapısının sındırılma yolu ilə qarət olunması barədə Şəki ŞRPŞ-ə ərizə ilə müraciət edib.

Keçirilmiş tədbir nəticəsində S. Lütfəliyevin evini qarət edən şəxsin, onun həmkəndlisi, 1979-cu il təvəllüdlü Hacıbabayev Aqil Cavanşir oğlu olduğu müəyyən edilib.

A. Hacıbabayev ötən gün rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

İlkin istintaq zamanı A. Hacıbabayev S. Lütfəliyevin evini qarət etdiyini təsdiqləyib.

Faktla bağlı A. Hacıbabayev barəsində cinayət işi başlanıb, onun rayon ərazisində baş verən digər oğurluq hadisələrində iştirak edib-etməməsi də araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR