Xırdalanda yeni doğulmuş körpənin meyiti tapılıb

Xırdalanda yeni doğulmuş körpənin meyiti tapılıb
# 19 iyul 2012 13:45 (UTC +04:00)
Bu barədə APA-ya Abşeron rayon Polis Şöbəsindən bildirilib.

Məlumata görə, bu gün Xırdalan şəhərində, dəmir yol xəttinin yaxınlığına yeni doğulmuş körpənin qoyulması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal əraziyə əməliyyat qrupu çıxıb. Araşdırmalar zamanı körpənin yeni doğulmuş oğlan uşağı olduğu və bir qədər əvvəl vəfat etdiyi məlum olub.

Ehtimal edilir ki, uşaq həmin əraziyə gecə saatlarında atılıb. Bu gün səhər saatlarında isə o, aclıqdan və istidən dünyasını dəyişib.

Hazırda polis körpənin valideynlərinin tapılması istiqamətində axtarışları davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR