Azərbaycan Beynəlxalq Bankının plastik kartlarının sayı son bir ildə 20% artıb

Azərbaycan Beynəlxalq Bankının plastik kartlarının sayı son bir ildə 20% artıb
# 06 avqust 2012 11:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktiv plastik kartlarının sayı son bir ildə 20% artaraq iyulun 1-nə 2 153 338-ə çatıb. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda POS-terminalların sayı 4 454 təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə nisbətən 23,3% çoxdur.

Bu ilin ilk yarısında Bankın plastika kartları üzrə aparılan əməliyyatların sayı 11,2 mln., əməliyyatların həcmi isə 1,74 mlrd. manata bərabər olub. Qeyd edək ki, əməliyyatların sayının 96,4%-i, həcmin isə 95,6%-i ölkədaxili əməliyyatların payına düşüb.

Bu ilin yanvar-iyun ayları ərzində POS-terminallar vasitəsi ilə əməliyyatların sayı 914 minə bərabər olub ki, bu da illik müqayisədə 33,8% çoxdur.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib, Bankın səhmlərinin 50,2%-i dövlətə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR