Azərbaycanın maliyyə naziri Dünya Bankının regional direktoru ilə görüşüb - FOTO

Azərbaycanın maliyyə naziri Dünya Bankının regional direktoru ilə görüşüb - <font color=red>FOTO</font>
# 07 avqust 2012 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycandakı sosial-iqtisadi inkişaf, ölkənin davamlı iqtisadi artımı və iqtisadiyyatın diversifikasiyası, DB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələr, o cümlədən kənd təsərrüfatı, səhiyyə, infrastruktur və digər sahələri əhatə edən layihələrin hazırkı icra vəziyyəti və ölkə üzrə iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunub.

Görüşdə tərəflər arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanıb, Azərbaycanda son illər əldə edilən nəticələr və gələcəkdə görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR