Gəncədə Gənclər Mərkəzinin tikintisinə başlanacaq

Gəncədə Gənclər Mərkəzinin tikintisinə başlanacaq
# 09 avqust 2012 11:22 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncənin Heydər Əliyev Parkında (keçmiş “Xatirə parkı”) Gənclər Mərkəzinin tikilməsi nəzərdə tutulub. APA-nın Qərb bürosunun məlumatına görə, bir neçə hektar ərazidə inşası nəzərdə tutulan mərkəzin tikintisinə yaxın zamanlarda başlanacaq. Gənclər Mərkəzinin tikilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə hər cür şərait yaratmaqdır. Yeni mərkəzdə inzibati otaqlar, kompüter və oxu zalları, yaradıcılıq studiyaları, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı inşa ediləcək. Bundan başqa mərkəzdə kafe, 3D formatlı sinema klub, idman qurğuları, atıcılıq stendi, elektron kitabxananın inşası nəzərdə tutulub. Sürətli internet xətti ilə təmin olunmuş kompüter otaqlarında xüsusi kursların təşkili üçün hər cür şərait yaradılacaq. Mərkəzin gələn ilin ikinci yarısında istifadəyə verilməsi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR