Ötən gün Bakıda 2 nəfəri gün vurub, 1 nəfər isə suda boğulub

Ötən gün Bakıda 2 nəfəri gün vurub, 1 nəfər isə suda boğulub
# 16 avqust 2012 07:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ötən gün Bakıda 2 nəfəri gün vurub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın APA-ya verdiyi məlumata görə, Xəzər rayonu Şağan qəsəbəsində 34 yaşlı qadın günvurma ilə bağlı xəstəxanaya yerləşdirilib. Günvurmaya məruz qalan Sabunçu rayonu Maştağa qəsəbə sakini 31 yaşlı qadına isə evində ilkin tibbi yadım göstərilib və vəziyyəti yaxşılaşıb.

Z. Vahidova dünən Bakıda bir suda boğulma hadisəsinin də baş verdiyini bildirib. O deyib ki, Suraxanı rayonu ərazisindəki Hövsan çimərliyində 35 yaşında naməlum kişi meyiti sudan çıxarılaraq polisə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR