Leysan yağışlar nəticəsində Azərbaycanın bəzi çaylarında suyun səviyyəsi artıb
24 avqust 2012 09:16 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 100-170, Naxçıvan MR çaylarında 135 faizini təşkil edir. Ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur. Bu bölgənin çaylarında sululuq ongünlük normanın 450-1000 faizini təşkil edir.
Avqustun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 100 m3/s, ongünlük normanın 82 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla, 102 m3/s və ongünlük normanın 84 faizini təşkil edib.
Avqustun 24-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla, ongünlük normanın 138 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla, 113 m3/s təşkil edib və ongünlük normanın 165 faizinə bərabər olub.
Avqustun 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Salyanda 6 sm, Bankədə 25 sm azalma qeydə alınıb. Şirvanda isə suyun səviyyəsində dəyişiklik baş verməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm, Şirvanda 204 sm, Salyanda 152 sm, Bankədə 216 sm, Araz çayının Novruzlu məntəqəsində isə 115 sm təşkil edir.

Sosial
Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var - FOTO
16:49
19 may 2024
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:31
19 may 2024
2023-cü ildə 0-17 yaş aralığında 190 nəfər şəxsdə talassemiya xəstəliyi aşkar edilib
15:56
19 may 2024
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
15:50
19 may 2024