Azərbaycan Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 38-ci konfransında iştirak edib

Azərbaycan Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 38-ci konfransında iştirak edib
# 25 sentyabr 2012 12:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Qazaxıstanın paytaxtı Astanada Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın illik 38-ci konfransı keçirilib. Konfransda Azərbaycanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nümayəndə heyəti təmsil edib.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ”Təhsil müəssisələri və fərdlərə müsbət təsir edən qiymətləndirmə prosedurlarının layihələndirilməsi” mövzusunda keçirilən konfransda dünyanın 40-dan çox ölkəsindən 316 nümayəndə iştirak edib. TQDK nümayəndələri tədbirdə “TQDK-da yoxlama-ölçmə matereallarının hazırlanmasının inkişaf dinamikası”, TQDK-nın 1992-2012-ci illərdəki fəaliyyəti, “Magistratura səviyyəsinə qəbulda ixtisas üzrə yazı işlərinin qiymətləndirilməsi” mövzularında çıxışlar ediblər.

Beynəlxalq konfransda digər ölkələrdən olan mütəxəssislərin testlərin hazırlanma texnologiyası, qiymətləndirmə və məsuliyyət, beynəlxalq qiymətləndirmələrin nəticələrindən istifadə, qiymətləndirmə sistemlərində keyfiyyətə təminat, beynəlxalq qiymətləndirmə standartlarının araşdırılması və s. mövzularında məruzələri dinlənilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR