Nigar Yaqublunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 13-nə təyin edilib

Nigar Yaqublunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 13-nə təyin edilib
# 07 noyabr 2012 13:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Müsavat Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 13-nə təyin edilib. Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib. Abşeron rayon Məhkəməsində keçiriləcək prosesə hakim İlham Kərimov sədrlik edəcək. N. Kərimli N. Yaqubluya ailəsi ilə görüş verildiyini də deyib.

Qeyd edək ki, N. Yaqublu sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR