Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib
# 09 mart 2012 07:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən «Atəşgah Sığorta» şirkətinə müddətsiz lisenziya verilib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, əvvəllər verilmiş lisenziyasının fəaliyyət müddətinin başa çatması ilə əlaqədar, «Atəşgah Sığorta» ASC-yə Maliyyə Nazirliyinin müvafiq əmri ilə sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.

Qeyd edək ki, indiyədək Maliyyə Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin 17-nə müddətsiz lisenziya verilib. Əvvəlki qaydaların şərtlərinə görə, Nazirlik tərəfindən şirkətlərə verilən lisenziyanın müddəti 5 il olub.

Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Şirkət müştərilərə 20-dən çox sığorta növü üzrə xidmət göstərir. Mart ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,699 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR