Altıağac Milli Parkı ərazisində atmosfer havasının fon monitorinqi stansiyası fəaliyyətə başlayıb

Altıağac Milli Parkı ərazisində atmosfer havasının fon monitorinqi stansiyası fəaliyyətə başlayıb
# 02 mart 2012 09:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Norveç Hava Tədqiqatları İnstitutu nəzdində fəaliyyət göstərən Kimya Koordinasiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Altıağac Milli Parkı ərazisində quraşdırılan atmosfer havasında transsərhəd çirkləndiriciləri təyin edən 1-ci səviyyəli atmosfer havasının fon monitorinqi stansiyası (EMEP) fəaliyyətə başlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Almaniyanın “Abacus Analytical Systems GmbH” şirkətinin istehsalı olan xromotoqraf sistemi, avadanlıqlar və cihazlar Lüksemburq Hersoqluğundan alınıb. Həmin cihazlar vasitəsilə kationların, anionların, qaz halında çirkləndiricilərin təyin edilməsi nəzərdə tutulub.

Stansiyadan əldə edilən məlumatlar əsasında iqlim dəyişmələri, çirkləndiricilərin transsərhəd daşınmasının dinamikası, atmosfer havasının çirkləndirilməsinin ətraf mühitə, insan sağlamlığına təsiri müəyyən ediləcək, həmçinin elmi-praktik proseslər tədqiq olunacaq, proqnozlar veriləcək. Stansiya ölkə ərazisində mövcud atmosfer havasının çirklənməsinin monitorinqi sisteminə daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR