Sabahdan Azərbaycan paytaxtında havanın temperaturu aşağı düşməyə başlayacaq
19 iyul 2012 10:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Sosial
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
21:45
11 may 2024
NİİM Zığ şosesində aparılan təmirlə bağlı müraciət edib
19:56
11 may 2024
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib
19:40
11 may 2024
RSXM: Lənkəranda əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb
19:10
11 may 2024