“Qarabağda atəşkəsə nəzarət mexanizmləri barədə Rusiya ilə əməkdaşlığımız davam edir”.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O qeyd edib ki, Qarabağda yaradılacaq müşahidə postları arasında patrul xidməti aparılacaq.
H. Akar Türkiyə hərbçilərinin Azərbaycana nə vaxt gələcəyi ilə bağlı suala cavabında vurğulayıb ki, bununla bağlı lazımi hazırlıqlar aparılır.