“İmprotex Motors” şirkəti bu il Azərbaycana 100 “BMW” avtomobili gətirəcək

“İmprotex Motors” şirkəti bu il Azərbaycana 100 “BMW” avtomobili gətirəcək
# 15 yanvar 2007 13:47 (UTC +04:00)
Azərbaycanda Almaniya istehsalı olan “BMW” avtomobillərinin satışı və servisini həyata keçirən “İmprotex Motors” şirkəti bu il ərzində Azərbaycana 100 ədəd “BMW” avtomobili gətirəcək. Şirkətin satış üzrə meneceri Bayram Yaqubovun APA-ya verdiyi məlumata görə, yeni gətiriləcək avtomobillər “BMW X5” və “BMW” 3-cü seriya “kabriolet”in təkmilləşdirilmiş modelləri olacaq. Menecerin sözlərinə görə, ötən il ərzində Azərbaycan avtomobil bazarında müştərilər “BMW”-nin daha çox “523İ”, “530İ” və “M5” modellərinə üstünlük veriblər.
B.Yaqubov həmçinin qeyd edib ki, bu ilin aprel ayının sonunda “İmprotex Motors” paytaxtın 20 Yanvar küçəsi,133 (3-cü mkr-yon) ünvanında yeni servis salonunu açacaq. Bununla yanaşı, bu ilin yanvar ayından etibarən şirkət Azərbaycanda motosklet satışını da bərpa edib.
Qeyd edək ki, “BMW” avtomobillərinin satışı və servisini həyata keçirən “İmprotex Motors” şirkəti Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Şirkətin hazırda 1 servis və 1 satış bölməsi mövcuddur. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR