Hindistan-Pakistan marşrutu üzrə hərəkət edən qatarın partladılması nəticəsində 65 nəfər həlak olub

Hindistan-Pakistan marşrutu üzrə hərəkət edən qatarın partladılması nəticəsində 65 nəfər həlak olub
# 19 fevral 2007 10:17 (UTC +04:00)
Hindistan-Pakistan marşrutu üzrə hərəkət edən qatarda meydana çıxan yanğın nəticəsində 65 nəfər ölüb. APA-nın məlumatına görə, hökumət yanğına bomba partlayışının səbəb olduğunu açıqlayıb. Qeyd edək ki, hadisə Yeni Dehlinin 80 kilometr cənubundakı Divana stansiyası yaxınlığında baş verib və partlayış səslərindən sonra qatarda yanğın başlayıb. Yeni Dehli (Hindistan) - Lahor (Pakistan) marşrutu üzrə hərəkət edən qatarda partlamayan iki ədəd əldə hazırlanmış bomba da tapılıb. Ölənlərin əksəriyyətinin pakistanlı olduğu və terror aktının Hindistanla Pakistan arasındakı sülh prosesini əngəlləmək məqsədi daşıdığı bildirilir. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR