ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə keçirilən antitrafikinq treninqləri başa çatıb

ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə keçirilən antitrafikinq treninqləri başa çatıb
# 02 mart 2007 14:59 (UTC +04:00)
ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə keçirilən antitrafikinq treninqləri başa çatıb. Ofisdən APA-ya verilən məlumata görə, 14 fevral 2 mart tarixində keçirilən treninqlərə Daxili İşlər Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Baş Prokurorluğun, Polis Akademiyasının nümayəndələri cəlb olunub. Treninqin əsas məqsədi iştirakçıların insan alveri sahəsində araşdırmalar aparılması ilə bağlı vərdişlərə yiyələnməsini təmin etməkdir. Təlim kursları zamanı iştirakçılara insan alveri ilə məşğul olan şəxslər barədə məlumatların toplanması metodları barədə məlumat verilib. Tədbir interaktiv xarakter daşıyıb. Həftədə bir dəfə iştirakçılara yiyələndikləri vərdişləri təcrübədə sınaqdan keçirmək şansı verilib. Bunun üçün ATƏT-in Bakı Ofisi treninqlərə peşəkar aktyorları cəlb edib. Qeyd edək ki, treninq kurslarında Böyük Britaniyadan olan ekspert Filipp Kort və ukraynalı ekspert Vladimir Samoilenko təlim keçiblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR