Azərbaycanda Moskva Dövlət Universitetinin filialı açılacaq

Azərbaycanda Moskva Dövlət Universitetinin filialı açılacaq
# 03 mart 2007 08:43 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Azərbaycana səfəri zamanı Rusiyanın təhsil naziri Andrey Fursenko açıqlama verib. Nazir bu məsələni Azərbaycan prezidenti ilə müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, İlham Əliyev bu ideyanı bəyənib. A. Fursenko bu mövzunu MDU-nun rektoru Viktor Sadovniçlə də müzakirə etdiyini və yaxın vaxtlarda filialın açılması ilə bağlı danışıqların başlanacağını söyləyib: “Moskva Dövlət Universitetinin Bakı filialının açılması hüquqi və texniki baxımdan kifayət qədər ciddi məsələdir. Ancaq tərəflərin razılığı və xoş məramı olduqdan sonra tez bir vaxtda həll oluna bilər. Çox istərdim ki, filial “Rus dili ili” elan olunan 2007-ci il ərzində açılsın”. A. Fursenko Rusiya tərəfinin filialın açılması üçün əlindən gələni edəcəyini bildirib. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR