Azərbaycanda köhnə pulların doğranması üçün alınmış avadanlığın quraşdırılması başa çatıb

Azərbaycanda köhnə pulların doğranması üçün alınmış avadanlığın quraşdırılması başa çatıb
# 05 mart 2007 14:07 (UTC +04:00)
Azərbaycan Milli Bankının (AMB) Bakıdakı inzibati binasında köhnə pulların doğranması üçün alınmış avadanlıqların quraşdırılması başa çatdırılıb. Niderlandın “Custers Engineering” şirkətindən alınmış pul doğrayan və briketləşdirən bu avadanlıqlar müasir standartlara cavab verir. AMB-nin Nəğd Pulla İş Departamentinin direktor müavini Hacıbaba Məsimovun APA-Economics-ə verdiyi məlumata görə, yeni avadanlıqlar köhnə pulların məhv edilməsi ilə bağlı hökumətin qərarından sonra sınaqdan keçiriləcək.
Xatırladaq ki, AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bu prosesin ilin ikinci yarısında başlanacağını bildirib.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda həyata keçirilən milli valyutanın denominasiyası prosesi nəticəsində yığılaraq məhv ediləcək pulların həcmi təxminən 350-400 ton təşkil edir. Doğranacaq pullar xırda kərpic, un briketləri halına salınaraq yandırılacaq. /APA-Economics/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR