Argentina Azərbaycanın enerji resurslarının işlənilməsinə maraq göstərir

Argentina Azərbaycanın enerji resurslarının işlənilməsinə maraq göstərir
# 06 mart 2007 12:13 (UTC +04:00)
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Argentinanın ölkəmizdə yeni təyin olunan səfiri Sebastiyan Lukas Bruqo Markonu qəbul edib. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin APA-Economics-ə verdiyi məlumata görə, görüşdə Azərbaycanla Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfir bildirib ki, Azərbaycan yüksək iqtisadi inkişaf dövrünü yaşayır və ölkənin nail olduğu iqtisadi tərəqqi bütün dünyada maraqla izlənilir. Diplomat bildirib ki, Argentinanın bir sıra şirkətləri Xəzər dənizinin enerji resurslarının işlənilməsi prosesində iştirak etmək niyyətindədir və ölkəsinin “Enerjiqaz” dövlət şirkəti bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
N.Əliyev isə Argentina şirkətlərinin enerji sahəsində əməkdaşlıq etmək niyyətinə müsbət yanaşıb, Azərbaycan iqtisadiyyatının bütün ölkələr və xarici şirkətlər üçün açıq elan edildiyini bildirib. Nazir argentinalı ekspertləri və bu ölkənin şirkət rəhbərlərini Azərbaycana səfərə dəvət edib, Argentina ilə konkret layihələr ətrafında müzakirələrə hazır olduqlarını qeyd edib. /APA-Economics/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR