Cəlilabadda yol qəzasında ana və azyaşlı qızı yaralanıb - VİDEO

Cəlilabadda yol qəzasında ana və azyaşlı qızı yaralanıb - <span style="color: red;">VİDEO
# 09 noyabr 2013 14:52 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad rayonunda daha bir yol-nəqliyyat qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 45 yaşlı Vüqar Nuruyevin idarə etdiyi «VAZ-21011» markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Yardımlı rayon sakini Aydın Kazımovun idarə etdiyi «VAZ-2107» markalı avtomobillə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil hərəkət zolağından çıxaraq yolun kənarına yuvarlanıb. Nəticədə, «VAZ-21011» markalı avtomobildə olan sürücünün həyat yoldaşı, 43 yaşlı Rahilə Nuruyeva və onların azyaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən hazırda yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

İlkin versiya kimi qəzanın «VAZ-2107» markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR