Azərbaycan atleti dünya rekordu müəyyənləşdirib

Azərbaycan atleti dünya rekordu müəyyənləşdirib
# 29 iyul 2013 06:38 (UTC +04:00)

Bakı – APA. Paralimpiya üzrə Azərbaycan millisinin atleti Vladimir Zayets yeni dünya rekordu müəyyənləşdirib. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, idmançımız bu uğura Fransanın Lion şəhərində keçirilən dünya çempionatında nail olub.

Həmyerlimiz 3 təkanla tullanmada 15,30 m nəticə göstərərək qızıl medala sahib olmaqla yanaşı, rekordçular sırasında da birinci yerə yüksəlib.

Yarışda gümüş medalı Doniyo Saliyev (15,06 m, Özbəkistan), bürünc medal isə Sergey Burdukov (14,75 m, Belarus) qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR