Gürcüstanın baş naziri: “Mən cəmiyyətə söz vermişəm ki, siyasətdə iki-üç il qalacağam”

Gürcüstanın baş naziri: “Mən cəmiyyətə söz vermişəm ki, siyasətdə iki-üç il qalacağam”
# 17 oktyabr 2013 12:47 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili siyasətdən getdikdən sonra növbəti fəaliyyət mərhələsinin çətin olacağını və bunun 20 il çəkəcəyini bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir bu fikirləri bu gün jurnalistlərlə görüşündə səsləndirib. O, bu mərhələdə başlanacaq fəaliyyət dövrünün uzunmüddətli olacağını və buna fiziki gücünün çatacağını bəyan edib: “Mən heç yerə getmirəm. Lakin bundan da çətin bir yerə keçirəm və baş nazir vəzifəsində gördüklərimdən də çox işlər görə bilərəm. Bizim ən başlıca problemimiz cəmiyyətdir və o, inkişafda olmalıdır. Cəmiyyət Avropasayağı olmalıdır. Bu, mənim arzumdur. Mən cəmiyyətə söz vermişəm ki, siyasətdə iki və yaxud üç il olacağam və fikirləşirəm ki, bu, məndə effektli alınıb”.

Baş nazir qeyd edib ki, “Gürcü Arzusu” koalisiyasından prezidentliyə namizəd irəli sürülən Georgi Marqvelaşvili ən yaxşı namizəddir. B. İvanişvili ümidvar olduğunu bildirib ki, oktyabrın 27-də keçiriləcək seçkilərdə o, qələbə qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR