İranda 4 avtomobil toqquşub, 15 nəfər ölüb - FOTO

İranda 4 avtomobil toqquşub, 15 nəfər ölüb - <span style="color: red;">FOTO
# 12 dekabr 2013 08:52 (UTC +04:00)

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, qəza dekabrın 12-də saat 04:15-də İsfahan vilayətinin Nain şəhərinin girişində qeydə alınıb.

Aralarında mikroavtobus da olmaqla 4 avtomobilin toqquşması nəticəsində 15 nəfər ölüb, 16 nəfər yaralanıb. Onların qəza nəticəsində baş vermiş yanğında yanaraq öldükləri bildirilir. Ümumilikdə 4 avtomobildə 31 nəfərin olduğu, ölənlərin də əsasən 3 minik maşınının 15 sərnişini və hamısının da kişi olduğu qeyd edilir. Hadisədə yaralanan və xəsarət alan 16 nəfərin isə xəstəxanaya qaldırıldığı bildirilir. Hazırda qəzanın baş verməsinin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR