Bakıda orta məktəbdə etiraz aksiyası keçirilib - FOTO - YENİLƏNİB

Bakıda orta məktəbdə etiraz aksiyası keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 06 dekabr 2013 11:19 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, şagirdlər, valideynlər müəllim heyəti məktəbə yeni direktor təyin olunmuş Həqiqət Qarayevanın binaya daxil olmasına icazə verməyiblər.

Hadisə yerində olan Bakı Şəhər Təhsil İdarəsinin aparıcı məsləhətçisi Xəyyam Fərəcov APA-ya açıqlamasında bildirib ki, 177 saylı məktəbin direktoru Həqiqə Məmmədova öz ərizəsi ilə müraciət edərək məzuniyyətə getmək istədiyini bildirib. Bundan sonra o, məzuniyyətə göndərilib və Təhsil Nazirliyinin müvafiq əmri ilə 60 saylı məktəbin direktoru Həqiqət Qarayeva 177 saylı orta məktəbdə direktorun vəzifəsini müvəqqəti icra etmək üçün təyin edilib. Lakin həmin direktorun məktəbə daxil olmasına icazə verilməyib.

Aksiyaçılar məktəbin dərs hissə müdiri Afilə Cəfərovanın direktor təyin olunmasını tələb ediblər.

X. Fərəcov valideyn, şagird və müəllimlərlə söhbət aparıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorundan APA-nın sualına verilən cavabda qeyd olunub ki, 177 nömrəli tam orta məktəbin direktoru Həqiqə Şahbaz qızı Məmmədova növbəti əmək məzuniyyətinə çıxdığı üçün həmin vəzifənin icrası Həqiqət Qarayevaya həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR