Səhiyyə Nazirliyinin Elmi Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunda yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunda yoxlama aparılıb
# 23 dekabr 2013 14:42 (UTC +04:00)

Bakı - APA. Hesablama Palatasının kollegiya iclası keçirilib.

Hesablama Palatasından APA-ya verilən məlumata görə, kollegiya iclasında dövlət büdcəsindən Səhiyyə Nazirliyinin Elmi Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutuna, 3 saylı şəhər Klinik Xəstəxanasına, Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, habelə Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin gəlir və xərclərinin icrasına dair audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər müzakirə edilərək təsdiqlənib.


Kollegiya iclasında Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə kollegiya qərarlarının icra vəziyyəti ilə bağlı məsələyə də baxılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR