Elçin Behbudov Rusiyanın Azərbaycandakı səfirinə etiraz müraciəti ünvanlayıb

Elçin Behbudov Rusiyanın Azərbaycandakı səfirinə etiraz müraciəti ünvanlayıb
# 04 noyabr 2013 11:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxina etiraz müraciəti ünvanlayıb. Komitədən APA-ya verilən məlumata görə, müraciət Rusiyada son günlər azərbaycanlılara qarşı yönələn qeyri-insani münasibətlərlə bağlıdır.

Müraciətdə Rusiya və Azərbaycanın tarix boyu sıx əlaqədə olduğu, mehriban şəraitdə yaşadığı qeyd olunub: “Milyonlarla azərbaycanlı Rusiyaya pənah aparıb, orada çalışıb, ailə qurub və ölkənin siyasi-ictimai fəaliyyətində aktiv iştirakçısı olublar. Lakin son dövrlər Rusiya paytaxtı Moskva şəhərində azərbaycanlılara qarşı bəzi dairələr tərəfindən təzyiqlərin və həbslərin olması bizi narahat edir. Bu Rusiya Federasiyasının da, qoşulduğu Beynəlxalq Hüquqi Normalarına ziddir. Hesab edirik ki, bu gərginliyin və konfliktin genişlənməsi illərlə səmimi münasibətlərlə formalaşmış dövlətlər və xalqlar arasındakı münasibətə xələl gətirir”.

E. Behbudov bu müraciətin Rusiya Federasiyasının rəsmi orqanları tərəfindən diqqətə alınacağı, bu ölkədə yaşayan azərbaycanlılara qarşı təzyiqlərə son qoyulacağı və Beynəlxalq Hüquq Normalarına riayət ediləcəyinə ümid etdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR