Prokuror “Eurovision-2012” ərəfəsində Azərbaycanda terrora cəhddə təqsirləndirilən dəstə üzvlərinə iş istəyib

Prokuror “Eurovision-2012” ərəfəsində Azərbaycanda terrora cəhddə təqsirləndirilən dəstə üzvlərinə iş istəyib
# 31 oktyabr 2013 10:18 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə iş istəyib.

O, Nicat Əliyevin 10, Elvin Nəsirovun 10 il, digər şəxslərin isə 6-7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror törətməyə cəhd edən 40 nəfər həbs edilib. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub. Həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusu - “Sepah”la əməkdaşlıq etdikləri bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR