Gələn il məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 milyard 240 milyon 298 min manat ayrılacaq

Gələn il məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 milyard 240 milyon 298 min manat ayrılacaq
# 07 oktyabr 2013 15:45 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə 2014-cü ilin Dövlət Büdcəsi layihəsində nəzərdə tutulur. Bu rəqəm 2013-cü ildə ayrılan vəsaitdən 11,3 faiz çoxdur.

Qeyd edək ki, 2013-cü il dövlət büdcəsində həmin xərclər 1 milyard 114 milyon 796 min manat olub.

Onu da qeyd edək ki, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları və prokurorluğun saxlanılması xərcləri 2014-cü il dövlət büdcəsi xərclərinin 6,2 faizini təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR