Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin rəhbərliyi İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin rəhbərliyi İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib
# 11 oktyabr 2013 14:59 (UTC +04:00)

APA-nın məlumatına görə, təbrikdə deyilir:

Hörmətli Prezident İlham Əliyev!

Sizə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ABŞ-ın yəhudi icması və Amerika-İsrail İctimai Əlaqələr Komitəsi adından təbriklərimizi çatdırmaq istərdik.

Azərbaycanın yəhudi icmasına göstərdiyiniz dəstəyi və İsrail dövləti ilə dinamik əlaqələri qoruyub saxlamaq marağınızı yüksək qiymətləndiririk. Regionda strateji məsələlər sahəsində əlaqələr gələcək aylarda və illərdə daha mühüm əhəmiyyət kəsb edəcəkdir.

Amerikalılar kimi, biz Azərbaycan ilə ABŞ arasındakı terrorizmlə mübarizə məsələsindən enerji məsələlərinədək müxtəlif sahələri əhatə edən mühüm əlaqələri yüksək qiymətləndiririk.

Bir daha Sizə ən səmimi təbriklərimizi, Sizin administrasiyanıza və Azərbaycan Respublikasına ən xoş arzularımızı çatdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR