İsrail aviasiyası Qəzzaya hava zərbəsi endirib, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

İsrail aviasiyası Qəzzaya hava zərbəsi endirib, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
# 03 mart 2014 20:42 (UTC +04:00)

Bakı-APA. İsrail aviasiyasının Qəzza zolağının şimalına endirdiyi hava zərbəsi nəticəsində bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, pilotsuz təyyarə Beyt-Xanun şəhərinin bir qrup sakininə hücum edib.

Bundan əvvəl Aşkelon şəhəri Qəzza zolğından raket atəşinə tutulub, ölən və xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR