Saray qəsəbəsində "Nissan" markalı minik avtomobil yanıb

Saray qəsəbəsində "Nissan" markalı minik avtomobil yanıb
# 22 mart 2014 23:13 (UTC +04:00)

Bakı-APA. Abşeronda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Abşeron rayonu, Saray qəsəbəsində şirkətə məxsus "Nissan" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR