AMEA yeni jurnal təsis edib

AMEA yeni jurnal təsis edib
# 20 noyabr 2013 16:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yeni jurnal təsis edib. APA-nın xəbərinə görə, Rəyasət Heyətinin bu gün keçirilən iclasında “Aqrar və ekologiya elmləri” jurnalının təsis edilməsi haqqında qərar qəbul olunub. Jurnalın çapında məqsəd aqrar və ekologiya elmlərində aparılan tədqiqatların nəzəri, praktiki və texniki nəticələrinin elmi ictimaiyyətə çatdırılmasıdır. Nəşr Azərbaycan, rus və ingilis dillərində olacaq.

İclasda həminin 2013-cü ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar və 2014-cü ildə aparılacaq elmi tədqiqat işləri üzrə planların hazırlanması da müzakirə olunub. Fizika İnstitutunun direktoru, fizika üzrə elmlər doktoru Nazim Məmmədov 60, Geol­o­gi­ya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Arif Quliyev isə 80 illik yubileyləri ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR