Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib - FOTO

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib - <span style="color: red;">FOTO
# 12 oktyabr 2013 10:16 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin yanvar-sentyabr aylarının yekunlarına dair kollegiya iclası keçirilib.

APA-Economics” xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu ilin 9 ayı ərzində görülən işlər və bundan sonra nəzərdə tutulan təbirlər haqda danışıb. Nazir ötən müddət ərzində respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu deyib, İKT sektorunun inkişafı ilə bağlı gələcək plan və perspektivlərdən söz açıb. O, ölkədə keçirilən prezident seçkiləri zamanı İKT tətbiqinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Bundan başqa, kollegiya iclasında bu ilin 9 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzələr dinlənilib. Bildirilib ki, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq, 1196,8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən artım tempi İKT sektorunda 10,5%, o cümlədən telekommunikasiya sektorunda 6,7%, İT sektorunda 1,6 dəfə, poçt sektorunda 8%, informasiya sektorunda 14,6% təşkil edib.

Eyni zamanda “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi üzrə Tədbirlər Planı”na müvafiq olaraq, 9 ay ərzində həyata keçirilən işlər, tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərlərinin çıxışları olub.

Kollegiya iclasına yekun vuran Ə. Abbasov gələcək hədəflərdən danışaraq, ölkə prezidentinin sahə ilə bağlı müvafiq fərman və sərəncamları, eləcə də dövlət proqramlarında nazirliyin üzərinə düşən vəzifələrin icrasının vacibliyini vurğulayıb.

Nazir sonda “İKT ili” çərçivəsində rəqəmli TV yayımının genişləndirilməsi, informasiya təhlükəsizliyi, tənzimlənmə, “e-hökumət”, poçt sahəsində qeyri-ənənəvi xidmətlərin artırılması, “e-imza”, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqi ilə bağlı tədbirlərin davam etdirilməsi, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR